Pakistanda sel nəticəsində 111 nəfər ölüb, 6 mindən çox ev tamamilə dağılıb

0
117

Pakistanın Bəlucistan vilayətində leysan yağışlar selə səbəb olub.

“Terefsiz.az” xəbər verir ki, nəticədə son sutkada 111 nəfər ölüb.

Qeyd edilib ki, sel zamanı 6 077 ev tamamilə dağılıb, 10 000-dən çox evə isə ziyan dəyib.

Ölkənin Ketta vilayətində 40 nəfər sular altından çıxarılıb.

Hazırda axtarış tədbirləri davam edir.

Pakistanın Baş naziri Şahbaz Şərif mətbuata açıqlamasında iqlim dəyişikliyinin müasir dövrün qarşısıalınmaz problemlərindən biri olduğunu deyib.

terefsiz.az