Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə məruz qalıb

0
96

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

“Terefsiz.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.

Bu barədə onun partiyasının üzvləri bildirib.

Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.

Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb.

Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edən şəxs saxlanılıb.

Onun kimliyi hələ ki, açıqlanmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.

“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, – hökumət başçısı tviterdə yazıb.

Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

terefsiz.az