“Palmali Holding” ABŞ və İndoneziyada ofislərini açıb.
Terefsiz.az saytı xəbər verir ki, bunu holdinqin sahibi Mübariz Mənsimov bildirib. O, qeyd edib ki, yeni müqavilələrin bağlanması, daha 5 gəminin alınması nəzərdə tutulur:
“Palmali Holding” böyüməyə davam edir. ABŞ və İndoneziyada ofislərimizi açdıq. Yeni müqavilələr, möhtəşəm anlaşmalarla sıralarımızı daha da genişləndirəcəyik. Daha 5 gəminin alınmasına imza atacağıq. Yanımda sadiq və professional komanda olduğu müddətdə daha çox uğura imza atacaq, okeanlar aşacağıq.
Bu arada qürurla elan etmək istəyirəm ki, “Palmali”də çalışan azərbaycanlıların, gəmiçilərin sayı 10 mini ötdü. Biz birlikdə güclüyük! Bir olaq, birlik olaq!”.
Terefsiz.az