Parisdə qvineyalı siyasətçinin 45 milyon avroluq brilliantı oğurlandı

0
267

Parisdə qvineyalı siyasətçinin 45 milyon avroluq brilliantı oğurlandı

Terefsiz.az saytı xəbər verir ki, Qvineyalı siyasətçi, “Yaşıllar Partiyası”nın nümayəndəsi və prezidentliyə keçmiş namizəd Mari Madlen Diubatenin 45 milyon avroluq brilliantı oğurlanıb. Xanım Diubate Warwick otelində iki nəfərlə görüşərək sahib olduğu daşa qiymət verilməsini istəyib. Həmin şəxslər özlərini Rusiya vətəndaşı kimi təqdim edərək, qiymətli daşlar üzrə mütəxəssis olduqlarını bildiriblər.

“Ekspertlər brilliantın 45 milyon avro qiyməti olduğunu təsdiqləyib və xanıma sertifikat təqdim ediblər. Bundan sonra onlar brilliantı saxtası ilə əvəz edərək, aradan çıxıblar”.

Hazırda polis “almaz” mütəxəssislərinin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, Qvineya dünyada almaz istehsal edən əsas ölkələrdən biridir.

Terefsiz.az