Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi-texniki əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclası üçün Ermənistan nümayəndə heyətinin Rusiyaya səfərini ləğv edib.
TEREFSİZ.AZ saytı xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin saytında qeyd olunur ki, Baş nazirin nümayəndə heyətini ezamiyyətə göndərmə qərarı qüvvədən düşmüş elan edilib.
Nümayəndə heyətinin Rusiya göndərilməsi barədə qərar ötən həftənin şənbə günü, 26 sentyabr tarixində qəbul edilmişdi.
Terefsiz.az