Ermənistanın Baş naziri Nikol Paşinyanın İstintaq Komitəsinə çağırılmasına səbəb olan cinayət işi Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın telefon danışığının dinlənməsi qalmaqalı ilə əlaqədardır.
Terefsiz.az “Sputnik Armenia”nın məlumatına istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti informasiya yayıb.
Bununla yanaşı məlumatda bildirilib ki, söhbət vəzifə səlahiyyətlərindən sui-istifadəyə dair aşkar əlamətlər və Robert Köçəryanla Yuri Xaçaturovun həbsi ilə bağlı müraciətlərə baxan hakimlərin işinə müdaxilə ilə bağlı cinayət işindən gedir.
İstintaq Komitəsindən qeyd edilib ki, cinayət işi çərçivəsində hakimlərə mümkün təzyiq şəraitinin aydınlaşdırılması üçün Nikol Paşinyan komitənin Xüsusi Əhəmiyyətli İşlər üzrə İdarəsində şahid qismində dindirilib.
istinad:oxu.az