Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə hərbi münaqişəni istisna edib.
Bu barədə Terefsiz.az CNN-ə istinadən xəbər verir.
“Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq”, – deyə o, CNN telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.
Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Tramp ehtiyac olduğu halda Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton “dünyada sülh”ə üstünlük verir.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyada PKK/YPG terrorçularına qarşı “Barış pınarı” antiterror əməliyyatına başlayıb.