Peruda etirazlar səngimir

0
70

Peruda hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.

Terefsiz.az xəbər verir ki, Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada daha 14 nəfər ölüb. Bununla da ölənlərin sayı 43-ə çatıb.

Xatırladaq ki, sabiq prezident Pedro Kastilyo parlamentin ona impiçment tətbiq etməsindən sonra 18 aylıq həbs edilib.