Peterburq bazarında azərbaycanlıların iştirakı ilə atışma olub

0
188

Peterburqda “Salova 52” bazarının bazasında silahlı qarşıdurma baş verib.

Terefsiz.az saytı  rus mətbuatına istinadən xəbər verir ki, qarşıdurma zamanı 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, dava Azərbaycan və Özbəkistan vətəndaşları arasında başlayıb. Davanın əsas səbəbi pul məsələsi olub.

Deyilənlərə görə, Özbəkistandan gələn kişi külli miqdarda pul borc alıb, amma qaytarmağa tələsməyib. Nəticədə söz mübahisəsi silahlı münaqişəyə keçib.

Qarşıdurmanın nəticəsi olaraq, 3 nəfər xəstəxanaya yerləşdirilib. Digər şəxslər isə hadisə yerindən qaçıblar.

Zərərçəkmişlər polisə ərizə yazmaqdan imtina ediblər.

Terefsiz.az