Pikassonun məşhur əsəri hərracda 67,5 milyon dollara satıldı

0
155

İspan rəssamı Pablo Pikassonun “Femme nue couchée” (“Uzanmış çılpaq qadın”) tablosu Nyu-Yorkdakı “Sotheby’s” hərracında 67,54 milyon dollara satılıb.

Qeyd edək ki, bu əsərdə rəssamın ilham mənbəyi model Mariya-Tereza Volter olub.

Pikassonun daha bir tablosu – “Çılpaq kişi və qadın” isə 5,1 milyon dollara satılıb.

Bundan başqa, həmin axşam Pol Sezann, Anri Matiss, Klod Mone, Salvador Dali və başqalarının əsərləri hərraca çıxarılıb.

 

TEREFSİZ.AZ