Piylənmə qripi daha da təhlükəli edə bilər – Alimlərdən xəbərdarlıq

0
322

Normadan artıq çəki və piylənmə qrip virusunun virulentliyinin (mikrobun xəstəlik törətmə qabiliyyəti – red.) güclənməsinə kömək edir.

“American Society for Microbiology” jurnalına əsasən, belə bir qənaətə apardıqları araşdırmalar nəticəsində Müqəddəs İuda Uşaq Tədqiqat Xəstəxanasının alimləri gəliblər.

Daha öncəki tədqiqatlar göstərir ki, bədən kütləsi indeksi yüksək olan insanlar nəfəs alarkən, daha çox virus hissəciklərini udurlar.

Siçanlar üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, heyvanda piylənmə olduqda, qrip virusu ağciyərlərə daha dərindən nüfuz edir və daha uzun müddət saxlanılır.

Tədqiqatın müəllifi professor Steysi Şults-Çerrinin fikrincə, piylənmənin mikromühiti bu virusun daha sürətli dəyişməsinə imkan verir və buna görə də qrip peyvəndi hər il yenilənməli olur.

Təcrübə çərçivəsində, alimlər normal və artıq çəkili siçanları bu xəstəliyə yoluxdurublar.

Tədqiqatçılar epidemiya mühiti yaratmaq üçün, virus orqanizmdə inkişaf etdikdən sonra fərdlər arasında onun hissəciklərinin mübadiləsini aparıblar.

Məlum olub ki, piylənməsi olan siçanlar arasında ötürüldükdə virus dəyişib. Tədqiqat artıq çəkili siçanlarda virusa reaksiyasının daha yavaş olduğunu göstərib. Bu da onun daha sürətli inkişaf etdirməsinə imkan verib.

istinad:oxu.az