Polislər əmri saxtalaşdırdılar və həmkarlarını qar dənəciyi kəsməyə məcbur etdilər

0
147

Rusiyanın Kalininqrad şəhərində iki polis əməkdaşı Daxili İşlər Nazirliyinin başqa bir şöbəsindən olan həmkarına Yeni il münasibətilə “əmr” göndərib.

“Tələb edirəm… A4 vərəqinə iki qar dənəciyi hesabı ilə növbətçi stansiyanın ərazisi bəzənsin. Ən azı beş vərəqdən”, – deyə guya DİN rəhbərinin müavininin imzaladığı əmrdə deyilir.

“Meduza”nın məlumatına görə, söhbətin yazısı “Polis ombudsmanı” tərəfindən yayımlanıb.

Lakin polislər ifşa edilib. Rəhbərlik onları yanına çağırıb və izahlarını videoda qeyd edib.

Polislər həmkarları ilə zarafat etmək istədiklərini və qarşı tərəfin də onlara inanaraq,  “əmri” yerinə yetirmək üçün qar dənəciyi kəsdiklərini deyiblər. Sonra bu həmkarlar sənədin görüntüsünü “Viber”dəki yerli qrupa göndəriblər, oradan da məlumat naməlum istiqamətə yayılıb. Artıq dekabrın 9-da “Polis ombudsmanı” tərəfindən “əmrin” fotosu yayımlanmışdı.

Cəza olaraq polislər öz şöbələri üçün qar dənəcikləri kəsməyə məcbur ediliblər. Onlarla söhbət əsnasında rəis bu zarafatlarına görə ona Rusiyanın müxtəlif şəhərlərindən zəng edildiyini deyib.

“Daha aktiv olaq. Biz Daxili İşlər Nazirliyinin bütün şöbələri üçün – Krasnoyarsk, Saxalin, Sverdlovsk, Saratov üçün… qar dənəcikləri kəsməliyik, hansı ki, dünən mənə zəng etmişdilər… Daxili İşlər Nazirliyi, FTB, prokurorluq üçün. Bizim sizinlə olan məktubumuzu daha kimlər görməyib?!”

Polislərə başqa cəzaların verilib-verilmədiyi məlum deyil.

istinad:oxu.az