Polşa Baş naziri: “Ukraynanın məğlubiyyəti üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər”

0
78

“Rusiya ilə müharibədə Ukraynanın məğlub olması üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər”.

“Terefsiz.az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

O bildirib ki, bunun qarşısını almaq üçün Kiyevə bütün lazımi dəstək göstərilməlidir.

Hökumət başçısının sözlərinə görə, Polşa, Almaniya və bütövlükdə Avropa indi tarixin unikal nöqtəsindədir.

Qeyd edək ki, Rsuiya-Ukrayna savaşı ötən il fevralın 24-də başlayıb. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya döyüşlərdə 117 minə yaxın şəxsi heyət itirib.

terefsiz.az