Polşa parlamentinin aşağı palatası (Seym) İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında protokolları ratifikasiya edib.
“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, İsveçin NATO-ya daxil olmasını səs verən 442 parlamentarinin hamısı dəstəkləyib.
Finlandiyanın NATO-ya qəbulu ilə bağlı səsvermədə isə 442 nəfərdən biri əleyhinə, biri isə bitərəf qalıb.
İndi Seymin qəbul etdiyi qərarlar baxılmaq üçün Senata (parlamentin yuxarı palatası) göndəriləcək.
Mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Bu ölkələrin alyansa qoşulması haqqında protokollar iyulun 5-də imzalanıb. Bu sənədlər NATO üzvü olan 30 nəfərin hamısı tərəfindən ratifikasiya edildikdən sonra Finlandiya və İsveç alyansa daxil olacaqlar.
terefsiz.az