Portuqaliyadakı seçkilərdə sosialistlər sosial-demokratlara qalib gəldi.

0
207

Portuqaliyada keçirilən parlament seçkilərində hakim Sosialist partiyası qalib gəlib.

 

Terefsiz.az saytı “RİA “Novosti”-yə istinadən xəbər verir ki, seçki bülletenlərinin 80 faizinin hesablanmasından sonra sosialistlər 37,7 faiz səs toplayıblar.

Parlamentdə çoxluq qazanmağına baxmayaraq Sosialist partiyası qanunverici orqanda mütləq əksəriyyəti təmin edə bilməyib. Bunun üçün sosialistlər yenidən 4 il əvvəl hakimiyyətə köməyi ilə gəldikləri solçu partiyalarla danışıqlar aparmağa məcburdular.

Sağ cinahda ən çox səs Sosial-demokrat partiyası toplayıb – 31%. Milliyətçi partiya isə xeyli geriləyərək 4,6% səs yığa bilib.  

Terefsiz.az