POS-terminalların sayı azalıb

0
140

Cari ilin altı ayında aparılan nağdsız əməliyyatların həcmi iki milyard manat təşkil edib. Bu, keçən il aparılan nağdsız əməliyyatların həcmindən 58 faiz yüksəkdir.

Terefsiz.az -ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, bu ilin altı ayında kart sahiblərinin sayı 6,7 milyon olub:

“Kart dövriyyəsində nağdsız əməliyyatların həcmi 20,1 faiz təşkil edib. Keçən il bu rəqəm 15,1 faiz idi. Elektron ticarətin həcmi keçən ilin altı ayı ilə müqayisədə 96 faiz artıb. Ödəniş sistemlərinin həcmi 125 milyard olub”.

Departament direktoru qeyd edib ki, POS-terminalların sayında cüzi azalma var:

“Bu, narahatedici fakt deyil, çünki POS-terminalların sayı yox, aparılan əməliyyatlar vacibdir”.

İstinad: Oxu.az

Terefsiz.az