Premyer Liqada mövsümün ən yaxşıları açıqlandı

0
342

İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Terefsiz.az xəbər verir ki, Liverpool-un müdafiəçisi Vircil van Deyk bu mükafata layiq görülüb.

O, Peşəkar Futbolçular Assosiasiyasının versiyasına əsasən, əsas rəqibləri olan Rahim Sterlinq, Serxio Aquero, Bernardo Silva (hamısı Manchester City), Eden Azar (Chelsea) və komanda yoldaşı Sadio Maneni üstələyib.

Mövsümün ən yaxşı gənc oyunçusu isə Sterlinq olub. 24 yaşlı vinger müvafiq olaraq Trent Aleksandr-Arnold (Liverpool), Markus Reşford (Manchester United), Deklan Rays (West Ham), Devid Bruks (Bournemouth) və komanda yoldaşı Bernardo Silvanı qabaqlayıb.

Qeyd edək ki, ötən mövsüm ən yaxşı futbolçu Məhəmməd Salah (Liverpool), ən yaxşı gənc isə Leroy Sane (Manchester City) seçilmişdi.