Prezident: “Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir”

0
74

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə – Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır

terefsiz.az