TEREFSİZ.AZ saytı xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş şəxslərin hər biri təltif olunacaq.
Xatırladaq ki, Qələbəyə görə təsis edilmiş medallar bunlardır:
“Cəsur döyüşçü” medalı;
“Döyüşdə fərqlənməyə görə” medalı;
“Suqovuşanın azad olunmasına görə” medalı;
“Cəbrayılın azad olunmasına görə” medalı;
“Xocavəndin azad olunmasına görə” medalı;
“Füzulinin azad olunmasına görə” medalı;
“Zəngilanın azad olunmasına görə” medalı;
“Qubadlının azad olunmasına görə” medalı;
“Şuşanın azad olunmasına görə” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“Ağdamın azad olunmasına görə” medalı;
“Laçının azad olunmasına görə” medalı;
“Vətən müharibəsi iştirakçısı” medalı;
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı
TEREFSİZ.AZ