Hondurasın paytaxtı Tequsiqalpa şəhərində minlərlə sakin küçələrə çıxaraq Mərkəzi Amerika əyalətinin prezidenti Xuan Orlando Ernandesin istefasını tələb ediblər.
Terefsiz.az saytı “Reuters” ə istinadən xəbər verir ki, etirazçılar dövlət başçısına istefasını tələb edən müxtəlif şüarlar səsləndirərək, paytaxtın mərkəzi küçələrindən parlamentin binası istiqamətinə yürüş ediblər.
Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edi, bu da sonda toqquşmalara çevrilib.
Yerli Qırmızı Xaç Komitəsinin məlumatına görə, beş zərərçəkənin ciddi tibbi yardıma ehtiyacı var.
Terefsiz.az