Prodüser Təranədən Rəqsanə və qızı barədə ŞOK SÖZLƏR: Onunla işləyəndə…

0
206

Bu yaxınlarda həbsxanadan azadlığa buraxılan tanınmış prodüser Təranə Səmədova müğənni Rəqsanə və qızı haqqında şok etiraf edib.

Terefsiz.az xəbər verir ki, “ATV maqazin onlarla” verilişində “Onlarla üç dəqiqə” rublikasının qonağı olan prodüser qalamaqallı açıqlamaları ilə yadda qalıb. O bildirib ki, həbs olunmasında müğənninin əli var:

“Hamı eyni sözü deyir, mənə gələn məlumata görə, çalışıdığım ifaçılardan biri olub. Mənə etdikləri nə zamansa qarşılarına çıxacaq. Həyat zarafat deyil”.

Rəqsanə İsmayılovadan danışarkən prodüser onun zövqsüz vaxtlarını yada salıb:

“Rəqsanə ilə işləyəndə çox zövqsüz idi. Sonradan modelyerlərlə əməkdaşlıq etdi. Hər modelyerdən oğurlamağa başladı və beləcə zövqlə geyinməyi öyrəndi”.

Prodüser onu da qeyd edib ki, müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın səsi yoxdur: “Səhnəyə yaraşan gənc xanımdır. Musiqi ruhu pis deyil. Amma səsi yoxdur”.

Xatırladaq ki, Təranə Səmədova iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilirdi.

İstinad: Publika.az

Terefsiz.az