Fransa çempionatında 2018-2019 mövsümünün qalibi müəyyənləşib.
Terefsiz.az-ın məlumatına görə, PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib. Maraqlıdır ki, Paris klubu buna 33-cü turda meydana çıxmadan nail olub. İkinci pillədəki “Lill”in “Tuluza” ilə səfər oyununda (0:0) xal itirməsi paytaxt təmsilçisini vaxtından əvvəl çempion edib. Hazırda “Lill” (65) PSJ-dən (81) 16 xal geri qalır ki, son 5 turda bu fərqin aradan qalxması mümkün deyil.
Qeyd edək ki, bu, PSJ-nin son 7 ildə 6-cı, ümumilikdə isə 8-ci çempionluğudur. Parislilər bu göstəricidə yalnız “Marsel” (9) və “Sent-Etyen”dən (10) geri qalır.