Fransanın “Paris Sen-Jermen” (PSJ) klubunun ulduz futbolçusu Neymar komandanın prezidenti Nasser Əl-Xəlaifiyə komandanı tərk edəcəyini və “Barselona”ya dönmək istədiyini bildirib. O deyib: “Mən artıq burada qalmaq istəmirəm. Tezliklə öz evimə (“Barselona”) dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim”.
Terefsiz.az xəbər verir ki, bu xəbərdən sonra Nasser Əl-Xəlaifi futbolçunu təşkil olunmuş mətbuat konfransında tənqid edib. O bildirib ki, komandaya hörmət etməyən və öz işinə peşəkarcasına yanaşmayan şəxslər klubdan gedə bilər.
Xatırladaq ki, daha əvvəl Nasser Əl-Xəlaifi komandanın ulduz oyunçularına münasibətindən danışıb.
“Mən ulduzlardan yoruldum və onları daha PSJ-də görmək istəmirəm. Əgər biz bu istiqamətdə hərəkət etməyə davam etsək, onda dalana girəcəyik. Ona görə də bizə dəyişikliklər lazımdır. Bütün oyunçular öz üzərinə daha çox məsuliyyət götürməlidir. Hər şey tamamilə başqa cür olacaq. Oyunçular daha çox işləməli olacaq”, – o deyib.
Prezidentin sözlərinə görə, oyunçular klubda həyatdan həzz almaq və ya dincəlmək üçün deyillər.
“Əgər bu məsələdə kimsə başqa fikirdədirsə, onda qapılar həmişə çıxışa açılmışdır”, – klub prezidenti yekunlaşdırıb.
İstinad: Publika.az
Terefsiz.az