Neymar qışda PSJ-dən ayrıla bilər.
Terefsiz.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, klubun idman direktoru Leonardo 27 yaşlı hücumçunu qış transfer pəncərəsi dövründə satmaq istəyir.Funksionerin Neymarla bağlı klub haqda deyilən söz-söhbətlərdən və təzyiqlərdən bezdiyi bildirilib.
Qeyd edək ki, Kataloniya klubu bu yay braziliyalı oyunçunu transfer etmək istəsə də, PSJ-nin yüksək tələbləri səbəbindən keçid alınmayıb