PSJ-nin futbolçusu Kilian Mbappe Fransada Almaniya “Bavariya”sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.
“Terefsiz.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1-in XXI turunda “Monpelye” ilə matçda dizindən zədələnən 25 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, PSJ – “Bavariya” qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.