Putin Pompeonu Soçidə qəbul edib
Soçidə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.
RİA Novosti-nin verdiyi məlumata istinadən, Terefsiz.az saytı xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.
Görüş zamanı Putin ABŞ-la münasibətlərin düzələcəyinə ümid etdiyini bildirib:
“Trampla bu yaxınlarda baş tutan söhbətimiz zamanı məndə belə təəssürat yarandı ki, o ABŞ-la Rusiya arasında münasibətlərin bərpa olunmasında maraqlıdır”.
Terefsiz.az