“Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”.
“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.
“Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq“, – Rusiya lideri əlavə edib.
Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.
“Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər”, – Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.
terefsiz.az