Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp Yaponiyanın Osaka şəhərində G20 (“Böyük iyirmilik”) sammitindən əvvəl ayaqüstü qısa söhbət ediblər.
Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, iki lider şəkil çəkdirməyə gedərkən bir-biri ilə fəal söhbətləşiblər.
Daha əvvəl Tramp bildiririb ki, G20-də Rusiya lideri ilə “yaxşı danışıqlar” gözləyir. Putinin köməkçi Yuri Uşakovun sözlərinə görə, liderlər strateji sabitlik məsələlərini, regional münaqişələri, həmçinin Suriya, Əfqanıstan, Ukrayna, Venesuela və İran problemlərini müzakirə edə bilərlər.
Terefsiz.az