Putini təhqir edən aparıcı işdən qovuldu

0
168

 Terefsiz.az saytı xəbər verir ki, ötən gün canlı yayımda Rusiya Prezidenti Vladimir Putini təhqir edən “Rustavi-2” kanalının əməkdaşı Georgi Qabuniya işdən uzaqlaşdırılıb.

“RİA Novosti” məlumat verir ki, bu barədə kanalın idarə heyəti qərar qəbul edib.

Qabuniya qarşıdakı iki ay ərzində kanalda veriliş apara, proqram hazırlaya bilməyəcək.

Ondan əlavə kanalın daha iki əməkdaşı da işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, baş verən insidentdən sonra yüzlərlə Tbilisi sakini kanalın önündə etiraz aksiyası keçirmiş, təzyiqlərdən sonra telekanal fəaliyyətini birgünlük dondurmuşdu.

Terefsiz.az