Pərviz Şahbazov Şotlandiyanın “yaşıl” enerji təcrübəsi ilə tanış olub

0
127

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyaya səfər çərçivəsində Şotlandiyanın liman şəhəri Aberdində olub.

Bu barədə “TEREFSİZ.AZ” “Report”a Nazirlikdən verilən məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, nazir dünyanın ən böyük üzən külək elektrik stansiyası – Kinkardinə baş çəkib. Suyun 60 metrdən 80 metrədək dərinliyində yerləşən 50 MVt gücə malik stansiyanın fəaliyyəti ilə tanış olub.

P.Şahbazov Şotlandiyanın “xalis sıfır”, enerji və nəqliyyat naziri Mişel Matheson ilə də görüşüb. Görüşdə neft-qaz məkanı kimi Şotlandiyanın enerjidə inkişaf yolu nəzərdən keçirilib, enerji keçidinə dair məsələlər müzakirə edilib.

Nazir, həmçinin Aberdində keçirilən Enerji İxracı Konfransı çərçivəsində təşkil olunmuş bərpa olunan enerji üzrə sərgiyə də baxış keçirib.

terefsiz.az