Qəbələdə 11 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

0
118

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

“Terefsiz.az” “Report”a istinadən bildirir ki, hadisə rayonun Bum qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyev qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

terefsiz.az