Qəbələnin futbolçusundan “Seltik” iddialarına cavab

0
261

“Şotlandiya “Seltik”inə keçəcəyim barədə özümə heç nə deyilməyib. Ona görə də məsələyə münasibət bildirməyim düzgün deyil”.

Terefsiz.az saytının məlumatına görə bunu “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə deyib.

22 yaşlı müdafiəçi bildirib ki, Qlazqo variantı ilə əlaqədar onunla danışıq aparılmayıb: “Rəsmi müqavilədə olduğum agentim yoxdur. Amma bəzi agentlərin legioner həyatı yaşamağım üçün çalışdıqlarını eşitmişdim. Mən yalnız bunu deyə bilərəm. “Seltik” məsələsi barədə isə mənimlə hər hansı danışıqlar olmayıb”.

Bununla belə, Mustafazadə xaricdə çıxış etmək istəyini gizlətməyib: “Əlbəttə, Avropa klublarında çıxış etmək istərdim və bunun üçün çalışıram. Amma xaricə yollanmaq üçün daha hazırlıqlı olmaq, həmin klub səviyyəsinə çatmaq lazımdır. O səviyyəyə çatsam və özümü göstərməyi bacarsam, əlbəttə, xaricə yollanmaq istərdim. Belə bir variant olsa, dəyərləndirərəm”.

Hazırda “Qəbələ”nin Avropa Liqasına vəsiqə qazanması üçün çalışdıqlarını deyən gənc futbolçu klubundan yeni müqavilə təklifi almadığını da vurğulayıb.

Qeyd edək ki, Bəhlul Mustafazadənin Almaniya “Herta”sına keçən Dedrik Boyatanın əvəzinə transferinin gündəmdə olduğu bildirilir

Terefsiz.az