Terefsiz.az saytı Türkiyə mətbuatına verdiyi məlumat verir ki, “Həyat davam edir” serialında rol ifa etmiş Türk aktrisa Meltem Miraloğlu özündən 48 yaş böyük amerikalı yaşlı bir kişi ilə ailə həyatı qurub.
Meltem Miraloğlunun hazırda 32 yaşı var. Onun bu evliliyi Türkiyədə səs-küyə səbəb olub. Çünki aktrisa erkən nigaha, yaşca böyük şəxslərlə ailə qurmaqla bağlı olan sosial layihələrin iştirakçısı olub.
Belə ki, Meltem Miraloğlu 2015-ci ildə “Həyat davam edir” adlı serialında erkən nigaha məcbur edilən uşaq gəlin rolunu canlandırıb.
Həmçinin, aktrisa serialdan öncə “Həyatı Oğurlanan Uşaqlar Sosial məsuliyyətli layəsi”ndə reklama çəkilmişdir.
İştirakçısı olduğu layihələrin əksi olaraq, 32 yaşlı aktrisanın özündən 48 yaş böyük olan, 80 yaşlı kişi ilə evlənməsi izləyicilərinin məyusluğuna və sərt reaksiyasına səbəb olmuşdur.
Bununla bağlı olaraq, aktrisa açıqlama verməyə məcbur olub.
O, açıqlamasında “Evlilik təklifi o qədər romantik idi ki, onu heç bir qadın rədd edə bilməz. Bu evliliyin necə gerçəkləşməsi məndə qalsın. Mən xoşbəxtəm, bu mənim seçimimdir. İnsanların seçimimə hörmət etməyini rica edirəm”.
Aktrisa onu da qeyd edib ki, bu evlilik qərarı həyat yoldaşının Amerika vətəndaşı və milyoner olmağı ilə bağlı deyil. Həyat yoldaşını çox sevir.
Meltem Miraloğlu bu səs-küylü evliliyindən öncə əvvəl də bir dəfə evli olub. O, 6 ay münasibətdə olduğ iyunu Tayfur Aydın adlı şəxslə 2016-cı ildə evlənmiş, 2017-ci ildə isə qalmaqalsız şəkildə boşanmışdır.
Bənövşə Mahmudqızı
Terefsiz.az