Qərbi Azərbaycandan deportasiya olunanların siyahıya alınmasına 1988-91-ci illərdə qaçqın düşənlərdən başlanılıb

0
73

“Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın siyahıya alınma prosesi ən sonuncu: 1988-91-ci illərdə çıxarılanlar üzərindən aparılır”.

“Terefsiz.az”ın xəbərinə görə, bu barədə Qərbi Azərbaycan icmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.

“Xronologiya baxımından ən sonuncu deportasiya (1988 – 91-ci illər) ən yaxın zamandır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır və əllərində pasportları, Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədlər var. İşimizin daha sürətli getməsi üçün bu zaman kəsimindən başlamışdıq. Hazırda həmin dövrdə azərbaycanlıların yaşadığı 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”.

Mətbuat katibi bildirib ki, yanaşı olaraq digər deportasiyalar (1905,1918-20,1948-53) zamanı ata-baba yurdlarından çıxarılan Azərbaycanlılar da qeydiyyata alınır, lakin hələ 1988-91-ci illərə fokuslanılıb. Bu proses yekunlaşandan sonra tam şəkildə digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı aparılacaq.

terefsiz.az