Almaniyada yaşayan türk qadın ərinin ölməsi üçün cadu yazdırıb.
Terefsiz.az Sondakika.com-un xəbərinə istinadən bildirir ki, F. A. adlı qadın internetdə insanlara metofizik gücü ilə kömək etdiyini deyən 22 yaşlı A. G.-dən ərinin ölməsi üçün cadu etməsini istəyib.
A.G. qadına bu cadunu səkkiz min avro qarşılığında edəcəyini və əvvəlcədən min avro (1,895 AZN) ödəməsini deyib. Daha sonra o, cadu üçün lazım olan şeylərin alınmasına görə yenə pul tələb edib və işin yarımçıq qalacağı təqdirdə qadının başına bəla gələcəyi ilə onu qorxudub.
Beləliklə, o qadından ümumilikdə səkkiz min avro (15,166 AZN) alıb.
Fırıldaqçılığa məruz qaldığını başa düşən F. A. polisə müraciət edib. Hadisə ilə bağlı araşdırma başlayıb.
İstintaq zamanı dindirilən A. G. bir dostunun məsləhətinə görə bu işlə məşğul olduğunu deyib:
“Bu işdə çox pul qazanacaqsan deyən dostumun məsləhəti ilə sayt almışam və fala baxmışam. Pula ehtiyacım olduğu üçün bunu etdim. Peşmanam”.
Faktla bağlı araşdırmalar davam edir.
istinad:oxu.az