Qadın bankdan kredit götürdüyü pulu itirdi, polis qaytardı

0
204

Azərbaycanda polis əməkdaşları qadının bankdan kreditə götürüb itirdiyi pulu qaytarıblar. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar.

İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün axtarışa başlayıblar.

Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar. Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər.

S.Ağababayeva qeyd edib ki, pulqabını bankdan kredit götürüb evə qayıdarkən yolda itirib.

İstinad: Oxu.az

Terefsiz.az