Qadın voleybolçularımız Olimpiada şanslarını tamamilə itirdi

0
215

Voleybol üzrə qadın millimiz Braziliyanın Uberlandiya şəhərində keçirilən Olimpiya təsnifat xarakterli turnir çərçivəsində növbəti görüşündə uduzub.

Terefsiz.az saytı Oxu.az – a istinadən xəbər verir ki, italiyalı Canni Kapraranın baş məşqçisi olduğu yığmamız bu dəfə meydan sahibi Braziliya ilə qarşılaşıb.

İkiqat Olimpiya çempionları ilə görüşdə yığmamız qələbəyə yaxın olub. Komandamız hesabda 2:1 öndə olsa da, sonda təcrübəli braziliyalılar qalib gəlib – 3:2 (25:13, 23:25, 21:25, 25:19, 15:12).

Bununla da, Azərbaycan 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına qatılmaq şanslarını tamamilə itirib.

Qeyd edək ki, ilk görüşdə Dominikana 0:3 hesabı ilə uduzmuş millimiz bu gün Bakı vaxtı ilə saat 19:30-da Kamerunla qrupda sonuncu olmamaq uğrunda yarışacaq.

Terefsiz.az