“Qalatasaray”dan ayrılacaq ilk futbolçu bəlli olub

0
54

Əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisini ilə vidalaşacağını açıqlayıb.

33 yaşlı oyunçu bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, “Cim-Bom”da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sofyan Fequli “Qalatasaray”a 2017-ci ilin yayında İngiltərənin “Vest Hem” klubundan 4,3 milyon avroya transfer olunmuşdu.

 

TEREFSİZ.AZ