Türkiyə “Qalatasaray”ının futbolçusu Markao İspaniya “Sevilya”sına keçib.
“Terefsiz.az” “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçinin satışından ümumilikdə 15 milyon avro gəlir əldə edəcək. Məbləğin 3 milyon avrosu sonradan bonuslar şəklində ödəniləcək.
Qeyd edək ki, Markao 2019-cu ildən “Qalatasaray”da çıxış edirdi.
terefsiz.az