QAN UYĞUNSUZLUĞU VƏ YA REZUS KOFLİKT HAQQINDA BİLMƏDİKLƏRİNİZ (Ətraflı məlumat üçün linkə daxil olun)

0
1926

Qan uyğunsuzluğu ve ya Rezus konflikt nədir?

Bundan necə qorunmalıyam?

Adi həyatda insanların rezus faktoru (yeni mənfi və ya müsbət qan qrupu) onlar üçün heç bir təhlükə daşımır, lakin hamiləlik zamanı valideyinlərin qənaətbəxş olmayan rezusları (qan qrupunun mənfi ve ya müsbət olması) ana ilə döl arasında rezus-konflikt anlayışına gətirib, çıxara bilir.

Rezus-faktor bizim qırmızı qan hüceyrələrimizin uzerinde yerləşənn xüsusi zülallar-antigenləridir. Əgər siz mənfi qan qrupu daşıyırsınızsa, demək sizin eritrositlərinizin üzərində bu zülallar yoxdur ve ona görə də qan qrupu mənfi olaraq qeyd edilir(Rh-).

 

 

Bəs hamiləlik zamanı nə baş verir? Əgər ana Rh- olarsa, döl isə bunun əksinə Rh+ olduqda, körpənin qanı ana qanına qarışdığı zaman, ananı qoruyan immun sistemi dölün yad sayılan, həmin zülallarını tanıya bilmir və onu təhlükəli mikrob ve ya virus hesab edərək, onları məhv etməyə başlayır.

Nəticədə qırmızı qan hüceyrələrinin surətlə azalması, parçalanmasına, yəni ki, hemolizinə gətirib çıxarır.

Bu zaman dölün qanında billirubin yüksəlir, hemolitik sarılığa gətirib, çıxarır. Körpənin dalağı, qaraciyəri, ürəyi normadan artıq qan hüceyrələri bərpa etmək üçün yeni hüceyrələri sintez etmək istəyir, lakin bunu bacara bilmir, ölçü olaraq dəfələrlə bu orqanlar böyüyür və nəticədə sıradan çıxaraq, dölün ölümünə səbəb olur.

Adətən, birinci hamiləlik zamanı dölün və ananın qanı bir-birinə qarışmadığı üçün (bir çox hallarda) anada bu reaksiya yaranmır və uşaq normal doğulur.

Doğuş, abort, plasentanin ayrılması, kesr əməliyyatı zamanı ananın qanı körpənin qanı ilə təmasda olduğundan anada həmin zülallara qarşı qoruyucu reaksiya yarandığından növbəti hamiləlik zamanı onlar dölün həyatı üçün böyük təhlükə yaradırlar.

Bu arzuolunmaz hallardan qorunmaq üçün adətən, anaya onun hamiləliyinin 28 ci həftəsində immunoqlobulin-D vena daxili vurulur və ya doğuşdan sonra 72 saat müddətində bu inyeksiya edilir ve nəticə etibarilə anada növbəti hamiləlik üçün antiteller yaranmış olur.

 

Onu da qeyd edək ki, bu hal yalnız ana Rh-, ata Rh+, döl ise Rh+ olarsa baş verir, yəni, uşaq Rh- olduğu zaman bu körpə üçün heç bir təhlükə daşımaz.

Evlilikdən və ya hamiləlikden öncə Genetiklə məsləhətləşməyi unutmayın!

 

TEREFSİZ.AZ