Qanaxması olan jurnalistə broyler məsləhət gördülər, öldü

0
229

Rusiyanın Moskva şəhərində jurnalist həkim səhlənkarlığı səbəbindən ölüb.

Terefsiz.az -ın xəbərinə görə, “Veçernyaya Moskva” qəzetinin jurnalisti 42 yaşlı Mixail Vinoqradov xəstəxanaya yarasının sarğısını dəyişdirməyə getməzdən öncə onun yarasından qan axmağa başlayıb.

O, öz “Facebook” səhifəsində yazıb ki, çağırdığı təcili yardım həkimi qanın arteriyadan axmadığını və adi qanaxma olduğunu deyib.

Daha sonra o, soyuducudan donmuş broyler toyuğunu qan axan yaranın üstünə qoymağı məsləhət görüb və gedib.

Hadisədən iki gün sonra jurnalist vəfat edib.

Hazırda hadisənin təfərrüatı araşdırılır.