Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 119 əcnəbi saxlanılıb

0
252

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 119 əcnəbi saxlanılıb

Terefsiz.az saytı ADMX – nın rəsmi saytına istinadən xəbər verir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 119 əcnəbi saxlanılıb. Onlardan 3-ü Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.

Saxlanılanlardan 7-sinin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəa­liy­yətlə məşğul olması, 32 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 5-inin qeydiyyat ünvanı üzrə ya­şa­madığı, digər 75 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 92 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Terefsiz.az