Apteklərdə illərin sınanmış vasitəsi qara kömür – absorbizə edici preparat təkcə zəhərlənmələrdə istifadə olunmur.
Qara kömür tableti ilə siz onlarla problemi aradan qaldıra bilərsiz.
1.Köp və meteorizm əleyhinə Normalda insan sutkada 14-16 dəfə qaz ifraz edə bilər. Bu təbii prosesdir və insanda heç bir ağrı və narahatçılıq əmələ gətirmir. Yox əgər köp və meteorizm həddən artıq çoxdursa, sizi narahat edirsə, hətta köpdən qarın ağrıyırsa, yeməkdən öncə 3-4 tablet qara kömür atın.
2. Pis və yaxşı xolesterin Qanda pis xolesterinin artması ürək-damar xəstəliklərini artırır. Tədqiqatlar göstərib ki, 1 ay ərzində gündə 3 dəfə qara kömür qəbul etmək pis xolesterinin faizini 40% aşağı salır, yaxşı xolesterini isə qaldırır.
3. Böyrəklərin sağlamlığı Hər gün böyrəklər 140 litr qan təmizləyir, 1 litr sidik ifraz edir. Şəkər, duz, yağ, konservant qəbulu böyrəklərin özünü təmizləmə, filtrasiya funksiyasını pozur. Aktivləşdirilmiş kömür sidik turşusu və toksinləri bədəndən qovub çıxardığından, böyrəklərin də işini yüngülləşdirir.
4.Dəri təmizlənməsi Dəri üzərindəki yağ, piy, kir, ölmüş hüceyrə qatını maqnit kimi özünə çəkərək, məsamələri təmizləyir, dərini hamar və təmiz edir.
5.Canlı saçlar Baş dibi toksin, piy, kirlə örtülür, follikullar nəfəs ala bilmir, saçlar dibdən kirli və cansız olur. Kömür saç dibini təmizləyir, saçlara canlılıq və parlaqlıq verir. Şampunlardan fərqli olaraq kömür 100% təbii və zərərsizdir.
6. Dişlərin ağardılması Dişlərin dərin təmizlənməsi, ləkələrin aparılması üçün bahalı prosedurlara getməyə ehtiyac yoxdur. Diş fırçasına əzilmiş qara kömür tableti töküv həftədə 2-3 dəfə dişləri sürtmək diş emalını təbii təmizləyib ağardır.
7.Ağızdan pis qoxu Aktivləşdirilmiş kömür turşu-qələvi balansını normallaşdırdığına görə, damaq və ağız boşluğundakı bakteriyaları məhv edir.
8.Vaxtından əvvəl qocalmaya qarşı
Sübut olunub ki, müntəzəm qara kömür qəbul etdikdə orqanizmdən toksin və şlaklar təmizləndiyinə görə, insan cavan qalır, gec qocalır. Hollivud ulduzları bu sirri bildiyindən, qara kömürdən daima istifadə edirlər. /medicina.az