Qarabağ danışıqları: ABŞ və Rusiya kəllə-kəlləyə gəlir

0
77

“44 günlük savaş bitəndən sorna bölgədə dominant rolunda olan Rusiya prosesi bir müddət apardı. Eləcə də 2021-ci ilin yanvarında Moskvada Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirildi və kommunikasiyaların açılması ilə bağlı qərarlar qəbul olundu. Bundan sonra isə Rusiya tərəfindən xüsusi aktivliklər müşahidə etmədik”.

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Mütəxəssis ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyana zəng etməsi, habelə ABŞ-ın Qarabağ danışıqlarında təşəbbüsü ələ alması istəyindən söz açıb.

O. Qasımovun sözlərinə görə, 2021-ci ilin yayından başlayaraq, Rusiya ilə Qərb arasında münasibətlər gərginləşməyə başlayıb və faktiki olaraq Cənubi Qafqaz, bir növ, ikinci plana keçib, çünki Ukrayna məsələsi önə çıxıb:

“Belə bir dövrdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2021-ci ilin yayında Azərbaycan, Ermənistan və Gürcüstana səfərini xatırlayırıq. Həmin səfərin ardınca Aİ-nin təşəbbüsləri güclənməyə başladı və bunun nəticəsində 2021-ci ilin dekabrında Azərbaycan və Ermənistan rəhbərləri ilk dəfə Aİ-nin vasitəşiliyi ilə görüşü keçirildi. Bu görüşlə bağlı da kifayət qədər pozitiv açıqlamalar verildi.

Əlbəttə, görüşdən əvvəl Rusiya qaçaraq bir görüş təşkil etdi və 2021-ci il noyabrın 26-da Rusiya prezidentinin vasitəçiliyi ilə Soçi görüşü keçirildi. Bu görüş də həmin ilin noyabrında Kəlbəcərdə baş verən təxribatlardan sonra həyata keçirildi”.

Müsahibimiz əlavə edib ki, belə bir durumda bölgədə Aİ-Rusiya geosiyasi rəqabəti başlayıb:

“Ukrayna müharibəsinin başlanması ilə bu rəqabət daha da güclənib və faktiki olaraq Qərb, o cümlədən ABŞ Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması istiqamətində konkret və davamlı addımlar atıb. Mən digər görüşləri sadalamaq niyyətində deyiləm, lakin 2022-ci il ərzində ABŞ Dövlət Departamenti nümayəndələrinin Azərbaycana səfəri, o cümlədən Dövlət Departamentinin Cənubi Qafqaz, Azərbaycan və Ermənistanla danışıqlar üzrə nümayəndəsi Filip Rikerin səfərlərini, Entoni Blinkenin dəfələrlə Azərbaycan və Ermənistan liderlərinə zənglərini xatırlayırıq. Bu zənglərdə isə daha çox regional təhlükəsizlik, habelə Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması müzakirə edilib”.

Bu da onu deməyə əsas verir ki, ABŞ bu prosesə qarışır.

Əlbəttə, son dövrlər Avropa Birliyinin vasitəçiliyində müəyyən problemlərin üzə çıxmasını da gördük. Çünki birlik Fransanın təsiri ilə birtərəfli mövqe tumağa başlayıb. Xüsusilə, Aİ-nin Ermənistana göndərilmiş 40 nəfərlik missiyasının Azərbaycanın rəyi soruşulmadan həm müddətinin, həm də say tərkibinin 5 dəfə artırılmasıyla bağlı qərar verilib. Azərbaycanın bu məsələlərlə bağlı rəyi və razılığı olmasa, bu missiyanın fəaliyyətinin effektivliyi də açığı sual altındadır. Aİ-nin tərəfsiz vasitəçiliyi şübhə altına düşüb”.

Belə bir məqamda Rusiyanın mövqeyi də bəlli olub, eləcə də Aİ Fransanın təsiri ilə vasitəçilik missiyasını minimuma endirib. Bu durumda ABŞ hələ ki öz vasitəçiliyini davam etdirmək niyyətindədir. Ona görə də Entoni Blinkenin Baş nazir Paşinyana 2 gün öncəki zəngi və yaxın günlərdə Azərbaycan Prezidentinə gözlənilən zəng də məhz bunun tərkib hissəsidir.

Sözsüz ki, ABŞ Rusiya ilə qlobal səviyyədə rəqabətdədir və onu özünün təsir dairəsində olan müxtəlif ərazilərdən sıxışdıırb çıxarmaq niyyətindədir. Bu bölgələrdən biri də Cənubi Qafqazdır ki, ABŞ bu planı heç gizlətmir. Çünki ABŞ, o cümlədən Qərb istəyir ki, Rusiya 200 ildən artıq müddətdə dominant rolunda olduğu və ciddi təsir imkanlarını əlində saxladığı Cənubi Qafqazda sıxışdırlıb çıxarılsın”.

Rafi MÜSLÜMOV