Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
“Terefsiz.az”ın məlumatına görə, sonuncu görüşdə “Qarabağ” “Neftçi”ni qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Ağ-qaralar”ın qolunu 33-cü dəqiqədə Kilan Lebon vurub. Qonaqların heyətində Höccət Haqverdi 83-cü dəqiqədə avtoqol müəllifi olub.
Hazırda üçüncü pillədə qərarlaşan “Neftçi” xallarının sayını 49-a çatdırıb. Lider “Qarabağ”ın 62 xalı var.
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” “Turan Tovuz”u (2:0), “Kəpəz” “Sumqayıt”ı (2:1) səfərdə, “Şamaxı” “Sabah”ı (2:1) evdə məğlub edib, “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) nəticələnib.