“Qarabağ” yarımmüdafiəçisi Qara Qarayevlə müqavilənin müddətini uzadıb.
Bu haqda klubun baş meneceri Asif Əsgərov məlumat verib. 27 yaşlı yarımmüdafiəçi ilə daha 2 illik yeni müqavilə bağlanıb.
Xatırladaq ki, Ağdam klubunun yetirməsi olan futbolçu ilə müqavilənin müddəti bu ilin iyununda başa çatırdı.
Bu gün klubun direktoru Emrah Çelikelle görüşdən sonra Q.Qarayev yeni sözləşməyə imza atıb.
Xatırladaq ki, bir müddət əvvəl Qol.az saytı “Qarabağ”ın Qara Qarayevlə 2 illik yeni müqavilə imzalayacağını yazmışdı.