Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Tərəfsiz.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” doğma azarkeşləri qarşısında “ÇFR Kluj”u qəbul edib və qələbə qazanıb.
Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” isə mübarizəyə bu gün başlayacaq. “Köhlən atlar” Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq. “Qarabağ” 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Belarus çempionu BATE bu gün Polşa “Pyast”ını, Moldova “Şerif”i isə Gürcüstanın “Saburtalo” klubunu qəbul edəcək.
10 iyul
19:30 Partizani (Albaniya) – Qarabağ (Azərbaycan)
21:00 BATE (Belarus) – Pyast (Polşa)
21:00 Şerif (Moldova) – Saburtalo (Gürcüstan)
22:00 Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan)
22:15 Slovan (Slovakiya) – Sutyeska (Monteneqro)
22:45 Dandalk (İrlandiya) – Riqa (Latviya)
22:45 Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç)
00:00 Valyur (İslandiya) – Maribor (Sloveniya)
İstinad: Publika.az
Tərəfsiz.az