Bu dəfə layihənin iştirakçıları Azərbaycan musiqisinin qızıl fonduna daxil olan inciləri – “Nə bəxtiyardıq” və “Yaşayır insan” mahnılarını ifa ediblər.
Layihənin üçüncü buraxılışı Azərbaycan Respublikası Mənəvi Dəyərlərin Təbliği Fondu və “Kontakt Home” mağazalar şəbəkəsinin dəstəyilə hazırlanıb. Xatırladaq ki, “Qarabağ üçün oxu” məşhur qlobal layihənin (“Playing for Change”, “Doğa için çal” ) Azərbaycan versiyasıdır. Düşüncəmiz budur ki, Qarabağı hər an xatırlatmaq üçün hər kəs əlindən gələni etməlidir.