“Qarabağ” və Türkiyə “Qalatasaray”ı qardaş klublar olur.
“Terefsiz.az”ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbek “NTV Spor”a açıqlama verib.
O, növbəti həftə bu yöndə təqdimatın olacağını söyləyib: “Onları İstanbulda da dostluq oyunu keçirmək üçün dəvət etdim. Bakıda bizi çox yaxşı qarşıladılar. Buna görə təşəkkür edirəm. Mağazalarımızda “Qarabağ” formaları satacağıq və Qarabağ barədə məlumat verəcəyik. Onlar da Azərbaycanda bizim formalarımızı satacaqlar”.