“Qarabağ” – “Viktoriya” matçına cəmi 224 bilet qalıb

0
146

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün satışa çıxarılmış biletlər tükənmək üzrədir.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə ölkə təmsilçimizin  rəsmi saytı xəbər yayıb. Bildirilib ki, qarşılaşma üçün cəmi 224 bilet qalıb.

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

terefsiz.az